Haqqımızda

İlk öncə saytımıza daxil olub “Albalıq” və onun məhsulları haqqında məlumatlarla tanış olduğunuza görə təşəkkür edirik!

Albaliq.az saytı yerli və xarici sulardan ovlanmış dəniz məhsullarının satışını həyata keçirir. Bizim saytda siz, dünyanın müxtəlif sularından ovlanmış diri, təzə, dondurulmuş, hisə verilmiş, duza qoyulmuş, konservləşdirilmiş, preserv, balıq yeməkləri, kulinariya və digər çeşidlərdə balıq məhsullarını görə biləcəksiniz.

Balıq məhsulları haqqında sizi maraqlandıran bütün sualları bizim "Albalıq" məsləhətçisinə canlı ünvanlaya bilərsiniz.

"Albalıq"ın rəsmi saytı olan www.albaliq.az xidmətlərindən yararlanmaq üçün ən əlverişli vasitə olacaqdır . Albalıq markası olaraq istəyimiz budur ki, hər bir Azərbaycan ailəsində sağlamlıq üçün gərəkli olduğu qədər balıq yeyilsin, insanlar gümrah yaşasınlar,xəstəliklərədən uzaq olsunlar. Çünki ƏSL DAMAQ DADI BALIQDADIR, bunu biz Albalıq markası olaraq tam məsuliyyəti ilə bəyan edirik, sevilən bir marka kimi hər evdə,hər süfrədə öz layiqli yerimizi tutmağa iddialıyıq!